ÇL: “Qırmızı vərəqədən sonra oyun tamamilə dəyişdi”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasında “Monako” ilə matçda Erik Qarsiyanın meydandan qovulmasını şərh edib.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı qırmızı vərəqədən sonra oyunun tamamilə dəyişdiyini bildirib:

“Qırmızı vərəqədən sonra oyun tamamilə dəyişdi. Meydanda kompakt qalmağa çalışdıq, asan olmadı. Rəqib böyük qüvvə ilə hücuma keçdi və yüksək sürət nümayiş etdirdi. Bu, planımızı tamamilə dəyişdi. Bəzən belə olur, bununla barışmaq lazımdır”.

“Barselona” “Monako”ya 1:2 hesabı ilə məğlub olub. Kataloniyalılar Çempionlar Liqasının növbəti turunda İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button