Flik: “Biz hələ ilk addımı atmışıq”
Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik DÇ-2022-nin ikinci turunun İspaniyaya qarşı oyununu (1:1) dəyərləndirib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, o, komandası ilə fəxr etdiyini deyib:
“Komandam son dəqiqəyə qədər mübarizə apardı. Biz hələ ilk addımı atmışıq. Oyunçularım böyük uğur qazanıb, onlarla fəxr edirəm. Bu sürəti qoruyub saxlaya bilsək və özümüzə daha çox inansaq, çox şeyə qadir olarıq”.
Almaniya yığması DÇ-2022-nin E qrupunda iki turdan sonra 1 xala sahibdir. Onlar sonuncu turda Kosta Rika millisi ilə qarşılaşacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin