“Bu virusu evimə gətirdim, həyat yoldaşım, qızlarım, nəvələrim məndən yoluxdular”
İtaliyanın “Fiorentina” klubunun idman direktoru Daniele Prade koronavirusa yoluxduğunu açıqlayıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, ailəsini də virusa yoluxdurduğunu bildirib:
“Virusla ilk xəstələnənlərdən birindən yoluxdum. Bu virusu evimə gətirdim, həyat yoldaşım, qızlarım, nəvələrim məndən yoluxdular”.
“Fiorentina” son olaraq 6 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin