“Fiorentina” məşqləri dayandırmayacaq – açıqlama

“Fiorentina”da 6 nəfərdə koronavirus aşkarlanmasına baxmayaraq, klub məşqləri dayandırmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatına klubun CEO-su Coy Barone deyib. Klub rəsmisi, yoluxmaların olmasına baxmayaraq, məşqlərin başlayacağını bildirib:

“Məşq mərkəzimiz hazırdır, qaydalara əməl etmişik. 6 koronavirus testimiz müsbət çıxdı, amma onlar yaxşıdır. Virusa yoluxanların sağalmasını gözləyirik. Futbolçuları 4-5 ay məşq etmədən saxlaya bilmərik. Məşqlər mümkün olan ən qısa müddətdə davam etməlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button