“Fiorentina” – “İnter” matçının hakimi cəzalandırıldı
İtaliya A Seriyasının 25-ci turu çərçivəsində keçirilən “Fiorentina” – “İnter” matçının baş hakimi Rozario Abisso cəzalandırılıb.
Komanda.az xəbər verir ki, Rozario 3:3 hesabıyla bitən görüşdə verdiyi şübhəli qərarlara görə cəzalanıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Rozario qarşıdakı 3 turda heç bir oyuna təyinat almayacaq. Baş hakimin həm də, bu mövsümün sonuna qədər “İnter”in oyunlarında idarəçilik etməyəcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin