“Fiorentina” hücumçusunu icarəyə verdi
İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi elitanın digər klubu “Fiorentina”nın hücumçusu Rikkardo Saponaranı heyətinə qatıb.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı forvard mövsümün sonuna kimi icarəyə götürülüb. Lakin “Spetsiya” Saponaranın transfer hüquqlarını da almaq şansına malikdir.
Saponara 2017-ci ildən “Fiorentina”dadır. O, daha öncə “Empoli”, “Milan”, “Sampdoriya”, “Cenoa” və “Leççe”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin