Final seriyasının üçüncü oyununda “Sabah” sevindi
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.
Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Sabah” və “Xəzri” klubları üz-üzə gəlib.
Qarşılaşma birincilərin 75:59 qələbəsi ilə başa çatıb.
Komandalar arasında reallaşan ilk dueldə “Xəzri” (95:70), ikinci görüşdə isə “Sabah” (94:63) qələbə qazanıb.
Final seriyasında üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin