“Valensiya”ya 4 qol vurmaq asan deyil” – Emeri

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Valensiya”ya 4:2 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçuları ilə qürur duyduğunu deyib:

“Qoldan sonra sakit və səbrli oynamaq məcburiyyətində olduğumuzu bilirdik. Hisslərimizə nəzarət etməyimiz vacib idi. “Valensiya”ya 4 qol vurmaq asan deyil.

Futbolçularımla və azarkeşlərlə qürur duyuram. Hər kəs əlindən gələni sona qədər etdi. Bütün komanda ilə qürur duya bilərsiz”.

2014, 2015, 2016-cı illərdə ardıcıl 3 dəfə Avropa Liqasının qalibi olan mütəxəssis, “Final oynamaq çox çətindir, amma keçmişdəki uğurlarım sayəsində bu turnirdə çox təcrübəliyəm. Final matçında bundan faydalanacağıq” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button