“Fikirləşirdim ki, həm Rumıniyaya, həm də Niderlanda qalib gələcəyik” – Azərbaycan millisinin üzvü

Azərbaycan millisinin futzalçısı Hadi Ahmadi DÇ-2024-ün elit mərhələsində keçirdikləri ilk iki oyunun nəticəsi barədə danışıb.

Komanda.az AFF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qrup mərhələsində Rumıniyaya 1:3 hesabı ilə məğlub olduqları səfər görüşündə qələbə qazana bilməmələrinə görə üzüldüyünü bildirib:

“Bu gün hesabımızda 3 yox, 6 xal olmalı idi. Fikirləşirdim ki, həm Rumıniyaya, həm də Niderlanda qalib gələcəyik. Rumıniyaya qarşı pis oynamadıq, mübarizə apardıq. Sadəcə, epizodlarımızı qola çevirə bilmədik, əvəzində səhvlər etdik. Niderlandla (6:1) matçda isə səhvləri minimuma endirdik. Ona görə də qələbə qazandıq. Qarşıdakı görüşdə də boşluq verməməli, səhv etməməliyik. Rəqib bunu bağışlamır.

Yaxşı hazırlaşırıq. Pis cəhət odur ki, əksər oyunçularımız kollektivə dünən qoşuldular. Niderlandla oyunda qazandığımız qələbənin davamını gətirməyə və müsbət seriya yaratmağa çalışacağıq. Qazaxıstana Bakıda qalib gəlsək, üstünlük qazanacağıq. Bütün işlərimizi, çalışmalarımızı bunun üzərində qururuq”.

Açığı, rəqibin bizdən elə də ciddi üstünlüyü yoxdur. Əsas məqam kimi, qapıçıdan beşinci oyunçu kimi istifadə etmələrini qeyd edərdim. İqita, demək olar ki, oyunun əksər hissəsini meydanın rəqibə aid hissəsində keçirir. Qazaxıstanın matçı belədə daha yaxşı alınır. Başqa üstünlüklərini deyə bilmərəm. Bərabərsəviyyəli iki komandanın dueli olacaq. Birləşsək, yumruq olsaq, istədiyimiz nəticəni qazanacağıq”.

Rəqibin heyətində Duqlası fərqləndirərdim. Çox təhlükəli futzalçıdır. Həm qol vurur, həm də dəqiq ötürmələr verir. Tursaqulov da istənilən komandaya başağrısı yaradacaq futzalçıdır. Edsonu da onların sırasına qatardım. Hər iki komanda qələbə qazana bilər. Öz oyunumuzu göstərə bilsək, toparlansaq, məşqçilərin dediyini meydanda etsək, üstünlük 60-70 faiz bizdə olacaq”.

Oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan qarşılaşması saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button