“Uzun müddət idi ki, mükafat almırdım və bu dəfə qazanmaq istəyirdim” – Messi
FİFA tərəfindən ilin ən yaxşı fubolçusu seçilən “Barselona”nın hücumçusu Lionel Messi, mükafatlandırma mərasimindən sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 6-cı dəfə “The Best” mükafatını qazanan argentinalı oyunçu, bunları deyib:
“Uzun müddət idi ki, mükafat almırdım və bu dəfə qazanmaq istəyirdim. Hər kəsə təşəkkür etmək istəyirəm. Mənim üçün fərdi mükafatlar ikincidir, komanda hər şeydən daha üstündür. Ancaq bu gün xüsusi gündür. Ailəm ilk dəfə bura gəlib. Onları burda görmək möhtəşəmdir”.
Messi, “Barselona”nın hazırkı durumu və Ansu Fatinin oyunu haqda da danışıb:
“Barselona” ilə mövsümə pis başladıq. Oyunumuzu tapmaqda çətinlik çəkirik. Artıq buna reaksiya verməliyik. Çox zamanımız yoxdur, inkişaf etməliyik.
Fatini ilk məşqdə görəndə çox təsirlənmişdim. İnanılmaz istedadı var, ancaq daha da inkişaf etməlidir. Hazırda ona təzyiq etməyə ehtiyac yoxdur. Ona hamımız kömək olmalıyıq. Yaxşı futbolçu olmaq üçün lazım olan bütün şeylər onda var”.
Bizi Facebook-da izləyin