FİFA “Səbail”in futbolçusunun şikayətini təmin etdi

FİFA “Səbail”in futbolçusu Lema Mabidinin məhkəmə şikayətini təmin edib.

Komanda.az xəbər verir ki, bu barədə “sport365.fr” saytı məlumat yayıb.

Yarımmüdafiəçi 4 il şərəfini qoruduğu “Raca Kasablanka” klubunun ona borcu olduğunu iddia edərək, FİFA-ya müraciət etmişdi. FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir. Klub keçən ilin yayında Mabidiyə yeni müqavilə təklif etsə də, futbolçu bu təklifi qəbul etməyib:

“Klub müqaviləmin sonunda daha iki illik sözləşmə imzalamağımı istədi. Ödəmə olmadan bu təklifi qəbul etməyəcəyimi, ancaq ödəmələrdən sonra yeni müqavilə ilə bağlı danışıqlar masasına otura biləcəyimizi bildirdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button