Blatter dünya çempionatı haqda: “Turniri bu cür dağıtmaq absurddur”

FİFA-nın keçmiş prezidenti Yozef Blatter 2030-cu ildə dünya çempionatının üç qitənin altı ölkəsində keçirilməsi qərarını tənqid edib.

Komanda.az “Blatter Blick”-ə istinadən xəbər verir ki, o, tarixi səbəblərə görə 2030-cu ilin futbol üzrə dünya çempionatının yalnız Cənubi Amerikada keçirilməli olduğunu deyib:

“Turniri bu cür dağıtmaq absurddur. Dünya kubokunun finalları yığcam bir tədbir olmalıdır. Bu, təşkilat və ora gələcək azarkeşlər üçün vacibdir. Bundan əlavə, tarixi səbəblərə görə 2030-cu ilin futbol üzrə dünya çempionatı yalnız Cənubi Amerikada keçirilməli idi”.

Mərakeş, İspaniya və Portuqaliya 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Mundialın açılış matçları yarışın 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button