FİFA-nın baş katibi Bakıda seminar keçdi

Azərbaycanda səfərdə olan FİFA-nın baş katibi Fatma Somoura seminar keçib.

Komanda.az xəbər verir ki, o, AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək, Azərbaycanda futbolun inkişafı, FİFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

İnteraktiv şəkildə təşkil olunan liderlik mövzusunda olan seminarda Samoura ona ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button