FİFA meneceri Mahir Emreli ilə əməkdaşlığa başladı
FİFA meneceri Endo Osmani “Legiya”da (Polşa) çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə əməkdaşlığa başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Osmani “instaqram” hesabında paylaşım edib. O, Emreli ilə bu gündən əməkdaşlığa başladığını söyləyib:
“Məmnuniyyətlə bildirmək istəyərdim ki, bu gündən etibarən Mahir Emreli mənim rəsmi müştərimdir. Mənə güvəndiyiniz üçün təşəkkür edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin