FİFA bu ölkənin üzvlüyünü dayandırdı

FİFA Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Üzvlüyün dayandırılmasına səbəb üçüncü şəxslərin federasiyanın fəaliyyətinə müdaxiləsi olub ki, bu da FİFA nizamnaməsini ciddi şəkildə pozur. Bu isə o deməkdir ki, bu il oktyabrın 11-dən 30-dək Hindistanda keçirilməsi nəzərdə tutulan 17 yaşadək qızlar arasında dünya çempionatı başqa ölkəyə veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button