Reytinq: “Şah” 11-ci, Teymur Rəcəbov…

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, 100 şahmatçının yer aldığı reytinqin ilk 10-luğunda bir azərbaycanlı təmsilçi yer alıb. Teymur Rəcəbov yeni reytinqə əsasən 9-cu pillədə qərarlaşıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qalıb.

Azərbaycanın digər təmsilçiləri Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü, Rauf Məmmədov isə 90-cı pillədə qərarlaşıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 77-ci, Xanım Balacayeva isə 86-cı pillədəki yerini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button