Kəmaləddin Heydərov federasiyadakı işindən ayrılacaq
Fevralın 9-da Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.
Komanda.az xəbər verir ki, saat 11:00-da start götürəcək tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında olacaq. Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.
Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir. (Report)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin