Ferdinand yenidən “qırmızı şeytan” olur
“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand yenidən “qırmızı şeytanlar”a qoşula bilər.
Komanda.az xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi sabiq müdafiəçini klubda idman direktoru vəzifəsinə gətirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Yunayted”in icraçı direktoru Ed Vudvordun artıq Ferdinandla görüşdüyü bildirilir. Ferdinand klubun idman direktoru olmağa yeganə namizəddir.
Ferdinand 2012-2014-cü illər aralığında “Mançester Yunayted”in şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin