Feliks üçün 4 milyon avro təklif etdilər

“Mançester Yunayted” “Atletiko”nun portuqaliyalı hücumçusu Joao Feliksi 2022/2023 mövsümünün sonuna qədər icarə əsasında transfer etmək üçün danışıqlar aparır.

Komanda.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

MY artıq “Atletiko”ya ilk təklifi edib. İngilislər Feliksin mövsümün sonuna qədər icarəsi üçün 4 milyon avro təklif ediblər. Madrid klubu isə bu keçiddən 12-13 milyon avro qazanmaq istəyir.

Futbolçu ilə “Arsenal” klubu da maraqlanır.

Məlumatda bildirilir ki, “Atletiko” təklif olunan şərtlərdən razı qalmasa, Felikslə ayrılmaq fikrində deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button