Tarixin ən yaxşı futbolçusu odur – Feliksə görə

“Atletiko”dan icarə əsasında “Barselona”da çıxış edən hücumçu Joao Feliks kimi futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu “The Nude Project”-ə açıqlamasında belə deyib:

“Tarixin ən yaxşı futbolçusu kimdir? Bu, Ronaldinyodur”.

Ronaldinyo “Barselona”, “Milan” və PSJ-də çıxış edib. O, Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. Braziliyalı sabiq yarımmüdafiəçi 2005-ci ildə “qızıl top”u qazanmaqla yanaşı, dünya çempionatının da qalibidir. Bundan əlavə, o, iki dəfə FİFA-ya görə ən yaxşı futbolçu kimi tanınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button