Feliks sentyabrın 1-nə kimi təklif gözləyəcək
Portuqaliyalı hücumçu Joao Feliks hələ də “Barselona”ya keçməyə ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı oyunçunun niyyəti dəyişməyib, o, hələ də “Barsa”ya keçmək istəyir və sentyabrın 1-nə kimi təklif gözləyəcək.
“Atletiko”nun hücumçusu daha əvvəl Kataloniya klubuna keçmək istəyindən danışmışdı.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” Feliksi icarəyə götürməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin