“Atletiko”dan ayrılmaq istəyir

“Atletiko” hücumçusu Joao Felikslə yollarını ayıra bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Feliks Madrid klubundan ayrılmaq istədiyini bildirib. “Atletiko” isə portuqaliyalını ucuz qiymətə satmaq fikrində deyil.

Hazırda heç bir klub 23 yaşlı futbolçunun transferi üçün “Atletiko”ya rəsmi təklif göndərməyib.

Feliksin klubla müqaviləsi 2026-cı ilə qədərdir. O, bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button