“Fehervar”ın kapitanı: “Qəbələ” ilə oyun asan olmayacaq”
Macarıstanın “Fehervar” komandasınn kapitanı Attila Fiola Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu dəfə hazırlığımız daha uzun çəkdi. Yoxlama oyunlarımız yaxşı keçdi. Əminəm ki, “Qəbələ”yə qarşı da belə çıxış edəcəyik. Çətin oyun olacaq. Çünki indi beynəlxalq səviyyədə asan matçlar yoxdur. Ümid edirik ki, mövsüm ötənilkindən daha yaxşı olacaq. Avrokuboklarda uğursuzluq olsa, ölkə çempionluğu üçün mübarizə aparacağıq. Mövsümü ən azı 2-ci pillədə bitirmək istəyirik”.
Sabah “Mol Arena”da keçiriləcək “Fehervar” – “Qəbələ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin