Federasiya “Real”la “Barselona”ya görə 5 milyon avro itirə bilər

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Real” və ya “Barselona”ya görə 5 milyon avro itirə bilər.

Komanda.az xəbər verir ki, bu, komandalardan birinin İspaniya superkubokuna vəsiqə qazanmaması təqdirində baş verəcək.

Turnirin Səudiyyə Ərəbistanında təşkili RFEF-yə hər il 40 milyon avro qazandırır. Ancaq müqavilədə yer alan bənddə bildirilir ki, iki nəhəng komandadan biri superkubokda yer almasa, federasiyanın qazancı 35 milyon avroya enəcək.

Cari mövsümdə həm “Real”, həm də “Barselona” ölkə kubokunda mübarizəni dayandırıblar. Bu isə o deməkdir ki, komandaların superkubokda iştirak üçün yeganə çıxış yolları La Liqada mövsümü ilk iki sırada bitirməkdir.

İspaniya superkuboku 4 komandanın iştirakı ilə keçirilir. La Liqada ilk iki yeri tutanlar və ölkə kubokunun finalçıları bu turnirə qatılmaq hüququna yiyələnirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button