Federasiya rəhbərliyi millinin düşərgəsinə baş çəkdi
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa çempionatında iştirak edən qadınlardan ibarət Azərbaycan millisinin düşərgəsinə baş çəkib.
Komanda.az xəbər verir ki, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov və qurumun nümayəndələri bugünkü məşqi izləyiblər.
Onlar voleybolçular və məşqçilər korpusu ilə görüşüblər. Qarşıdakı oyuna hazırlıq prosesi ilə maraqlanan federasiya rəhbərliyi yığmaya uğurlar arzulayıb.
Qrupda keçirdiyi ilk üç matçda 3 xal qazanan Azərbaycan yığması 4-cü tur çərçivəsində avqustun 22-də Yunanıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin