Federasiya rəhbərliyi Bolqarıstanda növbəti görüşünü keçirib
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) rəhbərliyinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çemponatına səfəri davam edir.
Komanda.az xəbər verir ki, fevralın 18-də prezident Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü ilə görüşüblər.
Söhbət zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin federasiyalar səviyyəsində də davam etdiyi qeyd olunub, gələcəkdə böyük uğurlara birgə addımlamağa əminlik ifadə edilib.
Görüşdən sonra vitse-prezident Firdovsi Umudov Ünlüyə AAF-ın xatirə hədiyyəsi – üzərində federasiyanın loqosu olan Azərbaycan ipək xalçasını təqdim edib, xatirə fotosu çəkdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin