Fatih Terimdə koronavirus aşkarlandı
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim də koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabından paylaşım edib:
“Bu gün koronavirusla bağlı götürülən test nəticələrim pozitiv çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa vaxtda xəbərləşmək ümidi ilə”.
Qeyd edək ki, bu gün İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak və onun xanımının da koronavirusa yoluxduğu açıqlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin