Braziliya klubunun futbolçusu ilə anlaşdı – “Fənərbaxça”
“Fənərbaxça” Braziliyanın “Flamenqo” klubunda çıxış edən 29 yaşlı futbolçu Qustavo Enrike ilə anlaşıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçinin keçidi üçün qarşı tərəfə 2,5 milyon avro təzminat ödəyəcək. Enrike Super Liqa klubunda İtaliya “Napoli”sinə keçəcəyi gözlənilən cənubi koreyalı Kim Min Jeni əvəzləyəcək.
Enrike peşəkar karyerasında yalnız 2 komandanın formasını geyinib. O, daha əvvəl ölkəsində “Santos”un da şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin