“Fənərbaxça”da daha bir ayrılıq
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Maks Meyerlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Almaniyalı oyunçu ilə 2021-ci ilin sentyabrında 2 illik müqavilə imzalanmışdı. O, bu komandada cəmi 12 oyun keçirib.
Meyerin yeni iş yeri də məlumdur. O, İsveçrənin “Lutsern” klubu ilə müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin