“Fənərbaxça” səfərdə sevindi

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Kasımpaşa” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib. “Ümraniyəspor” evdə “İstanbulspor”a uduzub. “Fənərbaxça” isə səfərdə “Qaziantep”ə qalib gəlib.

Hazırda “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 38 xalla ikinci, “Başakşəhər” 34 xalla üçüncüdür. “Adana Dəmirspor”un 33, “Beşiktaş”la “Trabzonspor”un 32 xalı var. 

Türkiyə Super Liqası
19-cu tur

13 yanvar

Kayserispor – Sivasspor 4:1
Qol
: M.Hosseini, 23. O.Kemen, 31; 69. G.Sazdaği, 41 – R.Yalçın, 52.

Qalatasaray – Hatayspor 4:0
Qol
: K.Aktürkoğlu, 9. X.Mata, 45+4; 45+6. B.Qomis, 76.

14 yanvar

Antalyaspor – Girəsunspor 2:2
Qol
: D.Sinik, 4. L.Adriano, 59 – B.Saynts, 40. R.Bayiç, 79.

Adana Dəmirspor – Ankaragücü 3:1
Qol
: Y.Sarı, 49. E.Akbaba, 66. G.İnlər, 77 – Radakoviç, 61.

Konyaspor – Beşiktaş 1:2
Qol
: M.Günok, 1 – C.Tosun, 67. Jozef, 90+5.

Trabzonspor – Başakşəhər 1:0
Qol
: Bakasetas, 21.

15 yanvar

Ümraniyəspor – İstanbulspor 0:2
Qol
: Ethemi, 30. M.Kabasakal, 45+4.

Kasımpaşa – Fatih Karagümrük 2:2
Qol
: Haderqyonay, 30-pen. Bahoken, 90+10 – Dreşeviç, 51. Borini, 61.

Qaziantep – Fənərbaxça 1:2
Qol
: Kitsiu, 55 – Valensiya, 8; 90+1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button