“Fənərbaxça” istəyirdi, “Uotford”u seçdi
İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi danimarkalı yarımmüdafiəçisi Filip Zinkkernageli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Norveçin “Bodo-Qlimt” klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb. Zinkkernagel yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Zinkkernagel “Bodo/Qlimt”də bu mövsüm 31 oyuna 22 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Zinkkernagelin xidmətində Türkiyənin “Fənərbaxça” və “Trabzonspor” klubları da maraqlı idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin