“Bayer”in hədəfindədir – “Fənərbaxça”nın futbolçusu
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, çempionatın lideri olan “Bayer” (Leverkuzen) 24 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
Leverkuzen təmsilçisinin idman direktoru Slavomir Kzarneçki polşalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib.
“Fənərbaxça” Şimanskini mövsümün əvvəlində Moskva “Lokomotiv”indən transfer edib. Polşa millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 38 matçda 12 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin