“Fənərbaxça”da daha bir ayrılıq
“Fənərbaxça” daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Stiven Kokerlə vidalaşıb.
Əslən Sierra Leonedən olan 31 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Koker 2021-ci ilin yayında “Fənərbaxça”ya keçib. İstanbul klubu daha əvvəl almaniyalı Maks Meyerlə də yollarını ayırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin