“Fənərbaxça”da ayrılıq
Türkiyənin “Fənərbaxça” klubunun portuqaliyalı futbolçusu Migel Krespo klubdan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilə qədər “Başakşəhər” komandasının uğurları üçün çalışacaq.
Krespo son olaraq icarə əsasında İspaniyanın “Rayo Valyekano” kollektivində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin