“Fənərbaxça” səfərdə sevindi
Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.
“Kasımpaşa” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib. “Ümraniyəspor” evdə “İstanbulspor”a uduzub. “Fənərbaxça” isə səfərdə “Qaziantep”ə qalib gəlib.
Hazırda “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 38 xalla ikinci, “Başakşəhər” 34 xalla üçüncüdür. “Adana Dəmirspor”un 33, “Beşiktaş”la “Trabzonspor”un 32 xalı var.
Türkiyə Super Liqası
19-cu tur
13 yanvar
Kayserispor – Sivasspor 4:1
Qol: M.Hosseini, 23. O.Kemen, 31; 69. G.Sazdaği, 41 – R.Yalçın, 52.
Qalatasaray – Hatayspor 4:0
Qol: K.Aktürkoğlu, 9. X.Mata, 45+4; 45+6. B.Qomis, 76.
14 yanvar
Antalyaspor – Girəsunspor 2:2
Qol: D.Sinik, 4. L.Adriano, 59 – B.Saynts, 40. R.Bayiç, 79.
Adana Dəmirspor – Ankaragücü 3:1
Qol: Y.Sarı, 49. E.Akbaba, 66. G.İnlər, 77 – Radakoviç, 61.
Konyaspor – Beşiktaş 1:2
Qol: M.Günok, 1 – C.Tosun, 67. Jozef, 90+5.
Trabzonspor – Başakşəhər 1:0
Qol: Bakasetas, 21.
15 yanvar
Ümraniyəspor – İstanbulspor 0:2
Qol: Ethemi, 30. M.Kabasakal, 45+4.
Kasımpaşa – Fatih Karagümrük 2:2
Qol: Haderqyonay, 30-pen. Bahoken, 90+10 – Dreşeviç, 51. Borini, 61.
Qaziantep – Fənərbaxça 1:2
Qol: Kitsiu, 55 – Valensiya, 8; 90+1.
Bizi Facebook-da izləyin