“Əvvəlcə futbolu sevmirdim” – Bellingem
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem futbola necə başladığını xatırladıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu, əvvəlcə futbolu sevmədiyini bildirib:
“Əvvəlcə futbolu sevmirdim. Bilirəm ki, bu təəccüblüdür, çünki indi futbol məndən alınsa, dəli olaram. Məşqə getdim, ot, çiçək yığdım. Anam üçün kiçik çobanyastığı buketləri yığdım. Valideynlərim mənə heç vaxt təzyiq göstərməyib. Uşaq vaxtı azadlığım var idi. Özümü yaxşı apardığım və başqaları haqqında düşündüyüm müddətdə valideynlərim məni heç vaxt heç nəyəsə məcbur etmədilər”.
Bellingem bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin