Ançelotti “Liverpul”la oyundan danışdı: “Qələbəyə yaxın idik”
“Everton”un baş məşqçisi Karlo Ançelotti İngiltərə Premyer Liqasının 30-cu turunda “Liverpul”la qolsuz bərabərə qaldıqları matçdan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, qələbəyə yaxın olduqlarını deyib:
“Qələbəyə yaxın idik. Qarşılaşma çətin keçdi, çox yaxşı oynadıq. Qol vurmaq üçün də imkanlarımız oldu, lakin bundan yararlana bilmədik. “Liverpul” yaxşı müdafiə olunurdu, ümumilikdə topa da daha çox onlar sahib oldular. Biz də müdafiədə pis çıxış etmədik. Əsas fikrimiz uzun ötürmələrlə hücuma çıxmaq idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin