“Everton” – “Mançester Siti” matçına koronavirus əngəli
Futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün keçirilməli olan “Everton” – “Mançester Siti” oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna “şəhərlilər”in heyətində koronavirusa yoluxanların olması səbəb göstərilir.
Sözügedən klub əvvəlki günlərdə ikisi futbolçu olmaqla dörd nəfərdə COVİD-19 aşkarlandığını açıqlamışdı. Son açıqlamada isə yoluxma sayının daha da artdığı diqqətə çatdırılıb. Bu üzdən də “Everton”la matçın təxirə salınmasına qərar verilib. “Mançester Siti”nin məşq meydançaları və akademiya bazası müvəqqəti bağlanıb.
Qarşılaşmanın yeni tarixi açıqlanmayıb. Bu barədə əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin