Etiraf etdi: Ölkə çempionatına köklənə bilmirlər
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 32-ci turunun “Almeriya” ilə oyunundan gözləntilərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında La Liqaya köklənməklə bağlı problem yaşadıqlarını etiraf edib:
“Jirona”ya qarşı pis oynadıq, ona görə də, “Almeriya”ya qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik. Düzünü desəm, bu mövsüm La Liqada o qədər də yaxşı deyilik. İndi bu turnirdə konsentrasiyamız çatışmır. Bizim diqqətimiz daha çox İspaniya kuboku və Çempionlar Liqasına yönəlib”.
“Real” – “Almeriya” matçı aprelin 29-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin