Estoniya – Azərbaycan oyununda hakim dəyişikliyi
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da keçiriləcək Estoniya – Azərbaycan qarşılaşması üçün açıqlanan hakim təyinatında dəyişiklik baş verib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın dördüncü hakim funksiyasını əvvəldən nəzərdə tutulduğu kimi almaniyalı Florian Badstübner yox, Danimarkadan Sandi Putros yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin