
Ərəblərdən Kazemiroya cəlbedici təklif
Kazemiro yay transfer pəncərəsində “Mançester Yunayted”dən ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb. Onun “Mançester Yunayted”i yaxın aylarda tərk etməsi ehtimal olunur.
33 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 42 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kazemironun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin