Ertuğrul Sağlam yenidən Şeydayevin komandasında
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” yeni baş məşqçisini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yenidən Ertuğrul Sağlama tapşırılıb.
54 yaşlı mütəxəssisllə 1,5+1 illik müqavilə imzalandığı bildirilib.
Sağlam bu ilin fevral ayında istefaya göndərilmiş, onun yerinə isə Mustafa Gürsel təyin edilmişdi. Bu gün isə klub Gürsellə yolların ayrıldığını açıqlayıb.
“Kocaelispor” 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Super Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin