Dünyanın ən şanslı adamlarından biri
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Mançester Siti”yə 3:4 hesabı ilə məğlub olsa da, mərhələni adlayan “Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksen açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu, Premyer Liqanın 35-ci turunda “Mançester Siti” ilə keçirəcəkləri matç haqqında danışıb:
“Bu gün dünyadakı ən şanslı adamlardan biriyəm. Rahim Sterlinqin qolundan sonra hər şeyin bitdiyini düşündüm. Çox qəribə oyun oldu.
Bu həftə Premyer Liqa oyunu üçün yenidən bu stadionda oynayacağıq. Bu, əyləncəli olacaq”.
2010-2013-cü illərdə “Ayaks”ın şərəfini qorumuş futbolçu, Çempionlar Liqasının yarımfinal mərhələsində keçmiş komandasına rəqib olması haqqında da danışıb:
“Ayaks”la oynamaq və “Amsterdam Arena”ya qayıtmaq nağıl kimi olacaq”.
Bizi Facebook-da izləyin