Sentyabrın ən yaxşısı o oldu – Premyer Liqada
“Mançester Yunayted”in çalışdırıcısı Erik Ten Haq Premyer Liqada sentyabr ayının ən yaxşı baş məşqçisi seçilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis səsvermədə Antonio Konte (“Tottenhem”) və Qari O`Nili (“Bornmut”) qabaqlayıb.
Ten Haq, Aleks Ferqyusondan sonra bu mükafatı qazanan “Mançester Yunayted”in ikinci baş məşqçisi olub.
52 yaşlı Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. O, bundan əvvəl “Ayaks”da çalışıb.
“Mançester Yunayted” 6 oyundan sonra 12 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin