Eratın komandası yarımfinala yüksəldi
Futbol üzrə Türkiyə 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb. Futbolçumuzun komandası səfərdə minimal hesabla (1:0) məğlub etdiyi bu rəqiblə cavab oyunundan da qələbəylə (2:1) ayrılıb və yarımfinala yüksəlib.
Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Fatih Karagümrük” finala vəsiqə qazanmaq üçün “Manisa BB” ilə qarşılaşacaq. Sözügedən komanda ilə ilk oyun mayın 17-də səfərdə, cavab qarşılaşması isə ayın 21-də doğma meydanda baş tutacaq.
Bizi Facebook-da izləyin