Erat üçün 68 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 2-ci liqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bandırmaspor” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.

Toğrul da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

“Fatih Karagümrük” 29 turdan sonra 55 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button