Ərəblər Rafinya üçün 100 milyon avro təklif edib

“Barselona” bu yay Rafinya Diası çox sərfəli qiymətə sata bilərmiş.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” braziliyalı futbolçu üçün 100 milyon avro təklif edib.

“Barselona” iki il əvvəl Rafinyanı “Lids”dən 55 milyon avroya alıb, lakin o vaxtdan bəri mətbuatda dəfələrlə “Barsa” rəhbərliyinin onu satmaq istəyi ilə bağlı söz-söhbətlər yayılıb.

27 yaşlı yarımmüdafiəçi yeni baş məşqçi Hans-Dieter Flikin rəhbərliyi altında azarkeşləri heyran etmək istədiyi üçün yayda komandadan ayrılmaqdan imtina edib.

Rafinya La Liqanın cari mövsümündə keçirdiyi 4 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button