Enrike özündən çıxdı: “Sən dünya futbol tarixinin ən xoşagəlməz insanısan!”
PSJ-nin baş məşqçisi Luis Enrike “Renn”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra özündən çıxıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispan mütəxəssis jurnalistin “Bu oyunda qalib gəlməyə layiq deyildiz” fikrinə əsəbiləşib:
“Siz yalnız mənfi cəhətlərə diqqət yetirirsiz. Sən dünya futbol tarixinin ən xoşagəlməz insanısan! 3:1 hesabı ilə qalib gəldik və sən mənə məğlub olmağa layiq olduğumuzu söyləyirsən. Futbolun bir çox tərəfi var, bunu adətən bütün gənclər başa düşür, amma bunu dərk etməyən sizsiz. Suallarınızı verəndə məhz bu barədə düşünürəm”.
Fransa çempionatının 8 turundan sonra PSJ 15 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin