Enrike Mbappenin zədəsindən danışdı
PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin zədəsinin ciddiliyindən danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, baş məşqçi, fransalı forvardın ciddi probleminin olmadığını bildirib:
“Bu, çox ciddi problem deyil, amma onun oynamasını çətinləşdirən ağrı var idi. Mbappeni əvəz etmək daha ağıllı addım olardı. Ancaq ciddi bir şey yoxdur”.
Mbappe “Marsel”lə oyunda (4:0) topuq nahiyəsindən zədə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin