Məşhur məşqçi: “Ən yaxşı halda bir il ömrüm qalıb”
İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson sağalmaz xərçəng xəstəliyinə tutulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis öz açıqlamasında bildirib:
“Ən yaxşı halda bir il ömrüm qalıb. Ən pis halda isə daha az. Amma söz verirəm ki, bacardığım qədər mübarizə aparacam”.
Eriksson İngiltərə yığmasının tarixində ingiltərəli olmayan ilk məşqçidir. O, 2001-2006-cı illərdə yığmaya rəhbərlik edib.
Eriksson ən böyük uğurunu “Latsio”nun baş məşqçisi kimi əldə edib. Onunla klub tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də iki İtaliya kubokunu qazanıb. Bundan əlavə, mütəxəssis “Roma”, “Benfika” və “Sampdoriya”nı çalışdırıb. Onun son iş yeri Filippin millisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin